İyul 07, 2022 13:07 Asia/Baku
  • Ermənistan Türkiyə ilə sərhədlərini açır

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılması barədə razılaşmanın icrasına başlanmasına tapşırıq verib.

SəhərAzəri-nin məlumatına əsasən,Paşinyan, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin (Ruben Rubinyan və Serdar Kılıç) hava yolu ilə yük daşımaları barədə razılıq da əldə etdiyini deyib.

“Razılaşmalar var, amma vacibdir ki, hər iki ölkənin qurumları addımlarını koordinasiyalı şəkildə atsınlar”, - Paşinyan qeyd edib.

O, siyasi razılaşmanın həyata keçirilməsi üçün Ermənistanın müvafiq qurumlarını Türkiyədən olan həmkarları ilə əməkdaşlığa çağırıb.

"Mənim vəzifəm əldə edilmiş razılaşmaların mümkün qədər tez həyata keçirilməsi üçün koordinasiya olunmuş şəkildə işləməkdir", - Paşinyan deyib.

Xatırladaq ki, bundan öncə Ermənistan rəhbərliyi iki ölkə arasında münasibətlərin tam normallaşdırılmasının və diplomatik münasibətlərin qurulmasının vacibliyini bəyan edib.

Bu məsələ iyulun 6-da Paşinyanın Rusiya prezidentilə telefon danışığında da müzakirə edilib.

Teqlər