Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İrəvanda görüşlər keçirib
İyul 14, 2022 15:44 Asia/Baku
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.
SəhərAzəri-nin “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, görüşdə Aİ-nin Ermənistandakı Nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.
Görüş zamanı tərəflər regional prosesləri müzakirə edib.
Bundan öncə, Klaar Baş nazir Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüb.