Avq 18, 2022 16:57 Asia/Baku
  • Ermənistan Azərbaycanla sərhəddə nəzarət-buraxılış məntəqələri yaradır

Ermənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi yaratmağı planlaşdırır.

SəhərAzəri-nin məlumatına əsasən, “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin hüquqi aktlar üçün vahid saytında məlumat yerləşdirilib.

Bildirilib ki, bunlar Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq.

Teqlər