49 erməni hərbçisi həlak olub
https://azeri.sahartv.ir/news/qafqaz-i393089-49_erməni_hərbçisi_həlak_olub
Azərbaycanla Ermənistan sərhədində baş vermiş toqquşmalar nəticəsində 49 erməni hərbçisi həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2022 07:47 Asia/Baku
  • 49 erməni hərbçisi həlak olub

Azərbaycanla Ermənistan sərhədində baş vermiş toqquşmalar nəticəsində 49 erməni hərbçisi həlak olub.

SəhərAzəri-nin məlumatına əsasən, Ermənistanın Müdafiə Nazirliyi 49 erməni hərbçisinin öldürüldüyünü təsdiqləyib, və baş nazir Nikol Paşinyan bu haqda parlamentdə məlumat verib.

“Azərbaycan Silahlı Qüvvələri Ermənistana 4 istiqamətdən hücuma keçib, sonradan daha 2-3 istiqamət əlavə edilib. Azərbaycan hadisənin səbəbini təhrif etməyə çalışır. Amma biz qəti şəkildə deməliyik ki, bu, tamamilə yalan və saxta hesabatdır”, - deyə Paşinyan əlavə edib və azərbaycanlıların hücumunun tamamilə səbəbsiz olduğunu qeyd edib.