Sen 16, 2022 12:37 Asia/Baku
  • Ermənistandakı missiya sərhəddə vəziyyət llə bağlı təkliflər hazırlayacaq

Yerevana gələn general-polkovnik Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb və Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyəti müzakirə edib.

SəhərAzəri-nin məlumatına əsasən,KTMT-nin Ermənistana ezam olunmuş missiyasının qabaqcıl qrupu Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası üçün təkliflər hazırlayacaq. Bu barədə qurumun birgə qərargahının mətbuat xidməti məlumat yayıb.

“Missiyaya yaranmış gərginliyin azaldılması üçün təkliflər hazırlamaq vəzifəsi həvalə edilib”, - deyə KTMT-nin qərargahından bildirilib.

Bildirilir ki, ayrı-ayrı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi ilə bağlı tədbirlər, o cümlədən bir sıra işçi görüşlərin keçirilməsi nəzərdə tutulub.

 “KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasının qərarına uyğun olaraq, KTMT-nin Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərliyi altında Monitorinq Missiyasının qabaqcıl qrupu sentyabrın 15-də Ermənistan Respublikasına gəlib", - KTMT-nin birgə qərargahından bildirilib.

Teqlər