Okt 01, 2022 08:06 Asia/Baku
  • Paşinyan: Təkzib etmirik!

Ermənistanın baş naziri ölkəsinin Hindistandan reaktiv yaylım atəşi sistemləri və sursat alması ilə bağlı xəbərləri təkzib etmir.

SəhərAzəri-nin məlumatına əsasən, Nikol Paşinyan bu haqda deyib: “Silah və silahların əldə edilməsi mənim açıq şəkildə müzakirə etmək istədiyim mövzu deyil, lakin deməliyəm ki, bu media xəbərləri Ermənistan tərəfindən təkzib edilmir. Biz hərbi-texniki sahədə əməkdaşlığımızı genişləndirmək üçün fəal addımlar atırıq”.

India Today TV xəbər verir ki, təxminən 250 milyon dollarlıq sövdələşmədən sonra Ermənistan Hindistanın Pinaka raket sistemlərinin ilk xarici alıcısıdır. Bu məlumata əsasən Hindistan Ermənistan ordusuna tank əleyhinə raketlər və digər müxtəlif növ sursatlar göndərəcək.

Uzun mənzilli raket artilleriya sistemi kimi təsvir edilən Pinaka, təyin olunmuş hədəfə və ya əraziyə atəş hücumunu əlaqələndirən 6-a qədər atıcı yük maşınından ibarət qrup kimi işləyir.

Teqlər