Okt 21, 2022 14:10 Asia/Baku
  • Qafqaz ölkələrinin ərazi bütövlüklərinə hörmət, bir prinsip olmalıdır

İran İslam Respublikasının xarici işlər naziri deyib: Qafqaz ölkələrinin ərazi bütövlüklərinə hörmət, bir prinsip olmalıdır və İran, xarici qüvvələrin bölgədəki iştiraklarından olan nigarançılığını açıq və sərrast şəkildə bildiribdir.

Hüseyn Əmir-Abdullahiyan dünən Ermənistana səfəri gedişində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb və onunla mühüm ikitərəfli və beynəlxalq məsələlər barədə söhbət edib.

«Sərhədlərin dəyişdirilməsi və geopolitik dəyişikliklə müxalifətimizi açıq şəkildə bildirmişik» deyən İranın xarici işlər naziri belə qeyd edib: Azərbaycan Respublikası ilə Ermənistan arasındakı hərbi toqquşma bölgədə nigarançılıqlar yaradıb. Qafqaz bölgəsi çətin bir şəraiti arxada qoyur. Biz bu qənaətdəyik ki, Qafqaz bölgəsində ölkələrin ərazi bütövlüklərinə hörmət, bir prinsip olmalıdır.

Əmir-Abdullahiyan əlavə edib: Sevinirik ki, İran-Ermənistan əlaqələri düzgün istiqamətdədir. Biz Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edirik və xarici qüvvələrin bölgədəki iştirakına gətirib çıxaracaq məsələlər barədə öz nigarançılıq və narahatlığımızı açıq şəkildə bildirmişik.

Öz iranlı həmkarının İrəvanda olmasından razılıq ifadə edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da deyib: İki ölkə rəsmiləri arasında bir çox təmas və görüşlər həyata keçirilibdir ki, bu da İran İslam Respublikası və Ermənistanın qədim və dostcasına əlaqələrinin nişanəsidir.

Teqlər