Okt 21, 2022 20:04 Asia/Baku
  • İranın Qapanda baş konsulluğu açılıb

İran İslam Respublikasının Ermənistanın Qapan şəhərindəki baş konsulluğu iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə açılıb.

İran İslam Respublikasının ilk baş konsulu Murtuza Abidin-Vəramin cari ilin sentyabrında İranın Ermənistandakı səfiri Abbas Bədəxşan-Zühurinin hüzurunda öz təyinedilmə hökmünü Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana təqdim etdi.

İranın xarici işlər naziri dünən axşam yüksək səviyyəli siyasi nümayəndə heyətilə İrəvan hava limanına daxil oldu və Ermənistan xarici işlər nazirinin müavini Menatsakan Səfəryan tərəfindən qarşılandı.

Əmir-Abdullahiyan İrəvana daxil olarkən müxbirlər qarşısında Ermənistanla uzunmüddətli həmkarlıqlar sənədi və planının cızılmasından xəbər verdi və dedi ki, İran İslam Respublikası əcnəbilərin bu bölgədə, o sıradan Azərbaycan və Ermənistan respublikalarındakı iştirakına qarşıdır.

İranın xarici işlər naziri həmçinin öz erməni həmkarı ilə görüşdə Qafqaz bölgəsinin çətin bir şəraiti arxada qoymasına işarə ilə, dedi: Qafqaz ölkələrinin ərazi bütövlüklərinə hörmət, bir prinsip olmalıdır və İran, xarici qüvvələrin bölgədəki iştiraklarından olan nigarançılığını açıq şəkildə bildiribdir.

Əmir-Abdullahiyan həmçinin Ermənistan xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib: İran regionda hər hansı geopolitik dəyişikliyə dözməyəcək və onu özünün qırmızı xətti bilir və onun qarşısını almağa çalışacaq.

Teqlər