Dek 05, 2022 11:29 Asia/Baku
  • Rusiyalı ekspert Kremlin Cənubi Qafqazda yeganə söz sahibi olduğunu deyir

Voytolovski: Belə olmasaydı, Azərbaycan müharibəni dayandırdığı yerdə dayandırmazdı

Rusiyalı ekspert bəyan edib ki, Türkiyənin müttəfiqi olan Azərbaycan Respublikası faktiki olaraq NATO-nun Cənubi Qafqaza giriş nöqtəsinə çevrilir.

Rusiya Federasiyası Prezidenti yanında Elm və Təhsil üzrə Rəyasət Heyətinin üzvü Feodor Voytolovski Arminfo portalı ilə müsahibədə bildirib: “Müharibədən sonrakı dövr ərzində Azərbaycan Türkiyənin və ABŞ-ın dəstəyinə arxalanaraq kifayət qədər sərt mövqe tutub. Və hazırda de-fakto NATO-nun planlarına uyğun davranır”.

Politoloq Rusiyanın Cənubi Qafqazda güclü təsir rıçaqlarına malik olduğunu qeyd edərək deyib ki, əgər bu rıçaqlar işləməsəydi, İlham Əliyev Vladimir Putin və Nikol Paşinyanla danışmağa Soçiyə gətməzdi. Belə olmasaydı, Azərbaycan müharibəni dayandırdığı yerdə dayandırmazdı və nəinki 7 rayonu, tanınmamış DQR və Xankəninin bütün ərazisini alardı və bəlkə də daha da irəli gedərdi. Çünki iddia edəcəkdi ki, sərhədlər delimitasiya və demarkasiya olunmayıb.

Voytolovski söhbətinin davamında diqqəti ona yönəldib ki, Avropa İttifaqı və ABŞ-ın təklif etdiyi sülh müqavilələrindən fərqli olaraq, Rusiya Federasiyası Qarabağ sakinlərinin maraqlarının tanınmasının zəruriliyi ilə bağlı mövqeyini açıq şəkildə bəyan edir. Və Rusiya bu məsələdə mövqeyini dəyişməyib.

 Bununla belə o qeyd edib ki, Rusiya Dağlıq Qarabağın müstəqilliyini tanıya bilməz. Amma Rusiya sülhməramlıları hazırda tanınmamış “DQR”-in həyati fəaliyyətini, mövcudluğunu təmin edirlər.

Politoloq status məsələsinin daha mürəkkəb olduğunu vurğulayıb.

 

Teqlər