Ermənilərdən humanist addım; 10 nəfərin nəşinin qalıqları Azərbaycana təhvil verildi
https://azeri.sahartv.ir/news/qafqaz-i395575-ermənilərdən_humanist_addım_10_nəfərin_nəşinin_qalıqları_azərbaycana_təhvil_verildi
Ermənistan Birinci Qarabağ müharibəsində həlak olduğu güman edilən 10 nəfərin sümüklərini Azərbaycan tərəfinə təhvil verib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Dek 05, 2022 10:22 Asia/Baku
  • Ermənilərdən humanist addım;  10 nəfərin nəşinin qalıqları Azərbaycana təhvil verildi

Ermənistan Birinci Qarabağ müharibəsində həlak olduğu güman edilən 10 nəfərin sümüklərini Azərbaycan tərəfinə təhvil verib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Məlumata görə, Ermənistan, həmçinin Azərbaycana 2 xəritə təqdim edib. Xəritələrdə daha 4 nəfərin basdırıldığı mümkün yerlər göstərilib.

Bildirilir ki, proses dekabrın 1-i baş tutub.

Ermənistan tərəfindən bu addımların atılması bölgədə sülh və sabitliyin bərqərarına xidmət edən təşəbbüs hesab olunur.