Dek 05, 2022 14:49 Asia/Baku
  • Yoxsulluğun səviyyəsi 0,5 faiz bənd azalıb, Azərbaycanda vəziyyət necədir?

2021-ci ildə Ermənistan Respublikasında yoxsulluq səviyyəsi 26,5% təşkil edib.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Statistika Komitəsinin yoxsulluq üzrə hesabatında deyilir.

Bildirilir ki, 2020-ci illə müqayisədə yoxsulluğun səviyyəsi 0,5 faiz bəndi azalsa da, ifrat yoxsulluğun səviyyəsi 2,1 dəfə artıb.

Azərbaycan Respublikasında da vəziyyət ürəkaçan deyil. Dünya Bankının da yayımladığı hesabatda qeyd olunur ki, Azərbaycanda yoxsulluq göstəricisi hökumətin açıqladığı rəqəmdən dəfələrlə çox - 24 faizdir.

Həmin hesabatda Bakıda yoxsulluq göstəricisinin 16 faiz, digər bölgələrdə ortalama 20-30 faiz arasında olduğu qeyd edilir. Bununla belə hökumətin hesablamasına görə, 2000-ci illərin başından bəri ölkədə yoxsulluq göstəricisi kəskin azalıb, müstəqil iqtisadçılar isə yoxsulluq meyarları barədə mövcud olan metodologiyanı yönləndirici və yanıldıcı sayırlar.

 

 

Teqlər