Hindastından silah tədarükü reallaşır, silahlanma yarışı qızışır
Yeni hərbi texnika Ermənistan ordusunu gücləndirəcək
Hindistan hökuməti Ermənistanın SU-30SM qırıcılarını səsdən sürətli qanadlı raketlə təchiz etmək istəyir.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Forbes nəşri məlumat yayıb.
Forbes jurnalındakı məqaləyə görə, Ermənistan Hərbi Hava Qüvvələrinin dörd SU-30SM qırıcı təyyarəsini təkmilləşdirmək üçün Hindistandan sistemlər tələb edə bilər.
Məlumatda qeyd olunur ki, Ermənistan Hindistanın Rusiya istehsalı olan Su-30SM Flanker qırıcıları üçün silah tədarükü və döyüş pilotlarının hazırlanmasında maraqlıdır.
Məqalədə deyilir ki, hind mühəndisləri erməni təyyarəsini Astra və hətta BrahMos raketlərini daşımaq üçün dəyişdirə bilərlər.
Hindistan və Ermənistan arasında müdafiə əlaqələri son aylarda nəzərəçarpacaq dərəcədə artıb. İrəvan 2022-ci ildə təxminən 250 milyon ABŞ dolları dəyərində dörd batareya sifariş etdikdən sonra Hindistanda istehsal olunan Pinaka reaktiv raket sisteminin ilk xarici müştərisi oldu. Bundan əlavə, iki ölkə Azərbaycanın Pakistanla hərbi əlaqələrin inkişafından narahatdır.
Lakin məsələ bununla bitmir, Cənubi Qafqazda yeni silahlanma yarışının qızışacağını gözləmək lazımdır.Konkret olaraq Ermənistanın istənilən əlavə Su-30 alması Azərbaycanı müasir qırıcılar əldə etməklə cavab verməyə sövq edə bilər.