Amerika nəşri gürcülərin Rusiyaya yaxınlaşmasından yazdı
NYT: Tbilisi Rusiyaya sanksiyalardan yayınmaqda kömək edir
ABŞ nəşri olan The New York Times Gürcüstanın Rusiyaya kömək etdiyini bildirir.
Nəşrin yazdığına görə, Gürcüstan Rusiya ilə ticarətdə əsas halqaya çevrilib və bu, Avropa İttifaqının sanksiyalar siyasətində potensial boşluğa işarədir.
Xəbərdə bildirlir ki, 2022-ci ilin ilk 6 ayında Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Keçən illə müqayisədə dekabrda yük avtomobilləri Gürcüstan-Rusiya sərhədindən orta hesabla iki dəfədən çox keçib.
Qəzetin yazır ki, Gürcüstan Rusiyadan Qərbə gedən əsas ticarət yollarından birinə çevrilmiş Türkiyəyə ən qısa quru yoludur.
Tbilisi iddia edir ki, Rusiya ilə ticarətində heç bir beynəlxalq sanksiyanı pozmur.
The New York Times isə qeyd edir ki, Gürcüstan rəsmi qərbyönlü siyasəti ilə Rusiyadan iqtisadi asılılıq arasında sıxılır.
Bəzi ehtimallara görə, 2008-ci ildə Mixail Saakaşvilinin hakimiyyətdə olduğu zaman Gürcüstanın Abxaziya və Cənubi Osetiya üzərində suverenliyini bərpa etmək ümidi ilə hərbi əməliyyatları iflasa uğrayandan bəri Tbilisi həmişə öz ərazi bütövlüyünü təmin etmək üçün fürsət ardınca olub və hazırda ola bilsin ki, sanksiyalardan yan keçməkdə Rusiyaya kömək etməklə həmin hədəfində nail olmaq istəyir. Əlbəttə ki, Rusiyanın gürcülərdən gözləntisi daha böyükdür: Qərbə və NATO-ya inteqrasiyadan vaz keçmək, Moskvanın orbitinə qayıdaraq provokasiyaya son qoymaq.
Keçmiş hökumətin uğursuz təcrübəsini göz önünə gətirən hazırkı hökumət buna müəyyən qədər meyilli görünür.