Fev 02, 2023 13:58 Asia/Baku
  • ABŞ Cənubi Qafqaz danışıqlarına yeni baş məsləhətçi təyin edib

ABŞ dövlət katibi Lui Bononu Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib.

SəhərAzəri-nin məlumatına əsasən, iddia olunur ki, bu vəzifədə Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini inkişaf etdirmək və Gürcüstanın suveren ərazisinin işğalını davam edən Rusiya ilə müzakirə etmək üçün regional liderlərlə işləyəcək.

Louis Bono ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyində və Birləşmiş Millətlər Təşkilatının Vyanadakı ofisində işləyib.

O, həm də dövlət katibinin iqtisadiyyat üzrə müşaviri olub.

Blinken hökmündə yazır: "ABŞ Ermənistan və Azərbaycana sülh sazişi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli ilə bağlı danışıqlara kömək etmək öhdəliyi götürür".

 

 

Teqlər