Lavrov: Qərbin məqsədi Rusiyanı təklənmiş ölkəyə çevirməkdir
https://azeri.sahartv.ir/news/qafqaz-i397454-lavrov_qərbin_məqsədi_rusiyanı_təklənmiş_ölkəyə_çevirməkdir
Rusiyanın xarici işlər naziri bəyan edib ki, Qərbin Moskvaya qarşı hibrid müharibəsinin məqsədi Rusiyanı təklənmiş ölkəyə çevirməkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 16, 2023 07:43 Asia/Baku
  •  Lavrov: Qərbin məqsədi Rusiyanı təklənmiş ölkəyə çevirməkdir

Rusiyanın xarici işlər naziri bəyan edib ki, Qərbin Moskvaya qarşı hibrid müharibəsinin məqsədi Rusiyanı təklənmiş ölkəyə çevirməkdir.

Sergey Lavrov Dövlət Dumasında etdiyi çıxışda bildirib: “Bu gün ABŞ və onun satellitləri Ukrayna milli radikallarından bir taran kimi istifadə edərək, bizə qarşı uzun illərdir hazırlanmış hərtərəfli hibrid müharibə aparır”.

Rusiyalı nazir sonra qeyd edib: “Bu müharibənin məqsədi gizlədilmir: Bu təkcə ölkəmizi döyüş meydanında məğlub etmək, Rusiya iqtisadiyyatını məhv etmək deyil, həm də bizi sanitar kordonla əhatə etmək, bizi bir növ tələnmiş ölkəyə çevirməkdi”.