Mart 08, 2023 18:43 Asia/Baku
  • Gürcüstan polisi aksiyaya sərt müdaxilə etdi

Tiflisdə parlament binası qarşısında keçirilən aksiyanı dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, "Xarici agentlər" haqqında qanun layihəsinə etiraz edən kütlə polisin sərt müdaxiləsindən sonra dağılıb.

Bundan sonra polis parlamentin əsas girişinin yerləşdiyi Rustaveli prospektinə yerləşib. Rustaveli prospektində hələ də insanların olduğu deyilir və nümayişçilər polisin tələblərinə tabe olmurlar.

Ölkə başçısı Salome Zurabişvili nümayişçiləri dəstəkləyib.

 

Teqlər