Rusiyanın XİN rəhbəri Cənub Qafqazda münasibətlərin normallaşmasını alqışladı
Lavrov: Qeyri-regional ölkələr müdaxilə etməsinlər!
Rusiyanın XİN rəhbəri İrəvanla Ankara arasında münasibətlərin normallaşmasını dəstəkləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı bildirib: “Biz Ermənistan və Türkiyə arasında Moskvanın dəstəyi ilə başlayan münasibətlərin normallaşması prosesini alqışlayır və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını himayə edirik.”
Rusiya xarici işlər naziri təkid edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında bütün məsələlər üzrə üçtərəfli razılaşmalar əldə olunub və bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının əsası olaraq qalır.
“Ümid edirik ki, qeyri-regional tərəfdaşlarımız bu prosesə müdaxilə etməyəcək, əksinə, Ermənistanla Azərbaycanı üçtərəfli sazişləri ciddi şəkildə yerinə yetirməyə sövq edəcəklər”, - deyə o vurğulayıb.