May 17, 2023 09:06 Asia/Baku
  • KTMT-dən çıxmaq indi gündəmdə deyil

Ermənistan xarici işlər nazirinin müavini bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - KTMT-dən çıxmaq indi gündəmdə deyil

SəhərAzəri-nin məlumatına görə, Xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan təsdiqləyib ki, Ermənistan 2022-ci ilin sentyabrında azərbaycanlıların hücumu kontekstində KTMT-dən xaric olmaq məsələsini müzakirə edib, lakin sonda bundan vaz keçib.

Onun sözlərinə görə, hazırda Ermənistan hökumətinin gündəliyində KTMT-dən çıxmaq məsələsi yoxdur.

Səfəryan bildirib ki, vəziyyət ağırdır və öhdəlikləri olan KTMT üzvü kimi Ermənistan atdığı addımların və gördüyü işlərin müəyyən nəticələr verəcəyinə ümid etməkdə davam edir.

Xarici işlər nazirinin müavini qeyd edib ki, Ermənistan dəfələrlə təkid edib ki, KTMT Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə siyasi qiymət verməlidir.

Teqlər