Siyasi şərhçi Ermənistan hökumətinin Qarabağ siyasətinə aydınlıq gətirib
“Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq hələlik iddia həddindədir”
May 22, 2023 15:18 Asia/Baku
Erməni ekspert bəyan edib ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq iddia həddindədir və Paşinyan bunu reallaşdırmaqda çətinlik çəkəcəkdir.
SəhərAzəri-nin məlumatına görə, Ermənistanın baş naziri İrəvanla Bakının bir-birinin ərazi bütövlüyünü tanımasında dair açıqlaması siyasi dairələrdə mübahisə doğurub.
Siyasi müşahidəçi Hakob Bədəlyanın fikrincə, bu irəliyə doğru addımın nə ilə nəticələndiyi bəlli deyil.
Bu mübahisələr fonunda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
Bu barədə o, mətbuat konfransında elan edib.
Hökumət başçısı hesab edir ki, sülhə nail olmaq üçün İrəvan və Bakı öz qoşunlarını sərhəddən eyni məsafədə geri çəkməlidirlər.