May 27, 2023 14:07 Asia/Baku
  • İrəvan Leyla Abdullayevanın bəyanatını təkzib edib

Ermənistanın XİN-I iyunun 1-də Kişinyovda Azərbaycan Respublikası və Ermənistan başçıları arasında sülh sazişinin imzalanacağına dair bəyanatları təkzib edib.

Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında müzakirə iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin iclasında davam etdiriləcək. Belə bir sənədin imzalanması iclasın gündəliyinə daxil edilməyib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın dünənki bəyanatına cavab olaraq bildirib.   

Abdullayeva bildirmişdi ki,  İlham Əliyev və Nikol Paşinyan iyunun 1-də Kişinyovda sülh sazişi imzalaya bilərlər.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, xüsusən də “Sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” saziş üzrə müzakirələr davam edir. Əsas məsələlər həll olunandan sonra Ermənistan tərəfi sazişi imzalamağa hazır olacaq”,  Ermənistan Xarici İşlər Nazirliyinin bildirib.

Teqlər