Dollardan asılı olan ölkələr alternativ axtarmalıdır
https://azeri.sahartv.ir/news/qafqaz-i400260-dollardan_asılı_olan_ölkələr_alternativ_axtarmalıdır
Dollardan asılı olan dövlətlər bu gün artıq alternativ axtarmalıdırlar. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2023 10:59 Asia/Baku
  • Dollardan asılı olan ölkələr alternativ axtarmalıdır

Dollardan asılı olan dövlətlər bu gün artıq alternativ axtarmalıdırlar. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.

SəhərAzəri-nin məlumatına görə, Volodinin sözlərinə görə, ABŞ-ın dövlət borcu digər xalqları və ölkələri aldatmaq üçün qurulmuş qlobal maliyyə piramidasıdır.

"Əsrin ən böyük maliyyə fırıldağı. ABŞ defoltun astanasındadır. Ştatlar digər dövlətlərin hesabına yaşayır. Borclara müstəqil şəkildə xidmət göstərmək imkanı azalır", – deyə siyasətçi özünün "Telegram" kanalında yazıb.

Əvvəllər bildirilib ki, 2022-ci ilin sonunda ABŞ-ın dövlət borcu 13 ən böyük borclu ölkənin hökumətlərinin ümumi borcuna bərabər olub və Rusiyanın borcunu 107 dəfə üstələyib.

Rusiya Prezidenti Vladimir Putin də bildirib ki, dünya maliyyə sisteminin mərkəzləşdirilməsi onun daha davamlı işinə kömək edəcək, həmçinin siyasi tərkib hissəsini iqtisadiyyat sahəsindən çıxaracaq. Moskva bu vəziyyətdə digər ölkələrlə qarşılıqlı hesablaşmalarda dost olmayan ölkələrin valyutalarının payını ardıcıl olaraq azaldır, gələcəkdə milli valyutalardan istifadəyə keçməyi planlaşdırır.