Arayık Qarabağda fövqəladə vəziyyət tətbiq edir
Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan cümə günü verdiyi fərmana əsasən, küçə mitingləri qadağan edilib.
SəhərAzəri-nin məlumatına görə, Araik Arutunyanın fərmanına əsasən istənilən kütləvi tədbirlər yalnız separatçı gürühün icazəsi ilə keçirilə bilər.
Digər bir fərman isə ifadə azadlığını məhdudlaşdırır. Yüksək fantaziya nəticəsində Azərbaycan Respublikasının ortasında yerləşən kiçik bir ərazini ölkə kimi görən Araik öz fərmanında “Qarabağın müdafiə qabiliyyətinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə, suverenliyinə, konstitusiya və ya ictimai asayişinə qarşı yönəlmiş informasiya və təbliğatın axtarışı, əldə edilməsi və istənilən KİV-də yayılması qadağan edilir”.
9 noyabr üçtərəfli bəyanatın konkret nəticəsi olaraq bu gün Azərbaycan Respublikasının Qarabağ bölgəsi hələ də separatçı gürühün ixtiyarındadır və onların fəaliyyəti Rusiya tərəfindən himayə olunur.