Ermənistan parlamentinin spikeri Türkiyə ilə əlaqələrin qurulmasını müsbət qarşılayır
Simonyan: Türkiyə iradəs nümayiş etdirsə, Ermənistan normallaşmaya hazırdır!
Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Türkiyə tərəfinin istəyi olarsa, Ermənistan hakimiyyəti onunla münasibətləri normallaşdırmağa hazırdır.
Simonyan qeyd edib ki, Türkiyə tərəfi istəsə, hər zaman səbəblər gətirə bilər. Nemesis heykəli deyilsə, başqa bir şey. “Şəxsən mən Nemesis heykəlinin ucaldılmasını səhv hərəkət hesab edirəm, çünki bu, dövlətin siyasi xətti deyil və ola da bilməz, amma yenə deyirəm, bu, Türkiyə üçün sadəcə bir bəhanə idi. Mən Türkiyəyə getməmək üçün milyonlarla səbəb tapa bilərdim. Əgər Türkiyədə iradə varsa, biz münasibətləri normallaşdırmağa hazırıq. Biz sadə olaraq cerməni xalqına davamlı sülh axtarırıq”, - deyə Simonyan vurğulayıb.
O əlavə edib ki, baş nazir Nikol Paşinyanın prezident Ərdoğanın andiçmə mərasimi üçün Türkiyəyə səfəri çox yaxşı keçdi və Ermənistanın baş naziri diqqət mərkəzində oldu, bu səfər əsas hadisələrdən biri olub.
Bəzi təhlillərə görə, Türkiyə hökuməti də Ermənistanla əlaqə qurmağa xüsusi həvəs göstərir və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək istəmir.