İyun 15, 2023 13:33 Asia/Baku
  • Zaxarova: Aİ ekspertlərinin Ermənistan-Azərbaycan sərhədindəki fəaliyyəti şübhəlidir

Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqı ekspertlərinin Ermənistan-Azərbaycan sərhədində fəaliyyətini şübhəli hesab edir.

Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vurğulayıb ki, onlar təhlükəsizliyi və Rusiyanın vasitəçiliyinin həlledici rolu ilə əldə olunan atəşkəs razılaşmalarına əməl olunmasını təmin edə bilmirlər.

O, Aİ nümayəndələrinin əvvəldən son dərəcə qeyri-şəffaf davrandıqlarını qeyd edib.

“Aİ-nin Ermənistan ərazisində mövcudluğu Brüsselin ciddi təzyiqi ilə məcburi şəkildə həyata keçirilib. Məqsədinin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək olduğu elan edilən missiyanın fəaliyyətə başlaması birtərəfli qaydada, Azərbaycan tərəfinin və digər regional oyunçuların razılığı olmadan və müvafiq hesabat verilmədən həyata keçirilib”, - deyə Zaxarova əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Aİ missiyasının beynəlxalq ictimaiyyət və ilk növbədə Azərbaycan və Ermənistan qarşısında hesabat verməməsi Aİ-nin fəaliyyətində gizli gündəmin mövcudluğuna dair şübhələri gücləndirir.

Teqlər