Simonyan: Əliyev Ermənistanın ərazi bütövlüyünü rəqəmlərlə qəbul edib
https://azeri.sahartv.ir/news/qafqaz-i401114-simonyan_Əliyev_ermənistanın_ərazi_bütövlüyünü_rəqəmlərlə_qəbul_edib
Ermənistan parlamentinin sədri Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın ərazi bütövlüyünü rəqəmlərlə etiraf etdiyini bəyan edib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyun 27, 2023 12:31 Asia/Baku
  • Simonyan: Əliyev Ermənistanın ərazi bütövlüyünü rəqəmlərlə qəbul edib

Ermənistan parlamentinin sədri Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın ərazi bütövlüyünü rəqəmlərlə etiraf etdiyini bəyan edib.

Alen Simonyan bu haqda deyib: “İlham Əliyevin ifadəsi bir qədər fərqlidir. O, Ermənistan Respublikasına qarşı heç bir ərazi iddiasının olmadığını deyir. Deməliyəm ki, qapalı görüş zamanı o, Ermənistan Respublikasının ərazi bütövlüyünü ədədi ifadə ilə qəbul edib, bu, mühüm nüansdır”.

Ermənistan hökuməti dəfələrlə bildirib ki, Azərbaycan rəhbərliyindən 29 800 kvadrat kilometr ərazisi ilə Ermənistanın ərazi bütövlüyünü tanıdığını açıq şəkildə təsdiqləyəcəyini gözləyir.

Simonyanın açıqlamasından belə çıxır ki, Azərbaycan tərəfi nəinki sərhəd zonalarında tutduğu əraziləri boşaltmağa hazırlaşır, hətta Ermənistanın Sünik vilayətinə olan ərazi iddiasından vaz keçir.