“Bunun üçün beynəlxalq mexanizm yaradılmalıdır”
https://azeri.sahartv.ir/news/qafqaz-i401704-bunun_üçün_beynəlxalq_mexanizm_yaradılmalıdır
Ermənistanın baş naziri Bakı-Xankəndi dialoqu üçün beynəlxalq mexanizmin formalaşmasını vacib məsələ adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2023 08:57 Asia/Baku
  • “Bunun üçün beynəlxalq mexanizm yaradılmalıdır”

Ermənistanın baş naziri Bakı-Xankəndi dialoqu üçün beynəlxalq mexanizmin formalaşmasını vacib məsələ adlandırıb.

Bu haqda Nikol Paşinyan hökumətin iclasında deyib.

Baş nazir deyib ki, Bakı və Xankəndi arasında Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsi gündəliyi ilə beynəlxalq mexanizm çərçivəsində dialoq son dərəcə vacibdir.

O sonra Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizi ilə sərbəst və maneəsiz gediş-gəlişin təmin edilməsi barədə qərarını xatırladaraq – Onun ifadəsi ilə desək - hüquqi qüvvəyə malik qərarı Azərbaycanın Dağlıq Qarabağda apardığı etnik təmizləmə siyasətinə işarə kimi qiymətləndirib.

Paşinyan qeyd edib ki, sözü gedən məhkəmənin qərarı Qarabağ problemi ilə bağlı daha geniş beynəlxalq konsensusu təmin etməyə imkan verir.