Mahaçqaladan Əliyevlərə xoşagəlməz xəbər:
Heydər Əliyevə abidə qoyulması təşəbbüsü narazılıq yaradıb
İyul 19, 2023 18:27 Asia/Baku
Dağıstanın Mahaçqala şəhərində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevə abidə qoymaq cəhdi boşa çıxıb.
Şəhər meriyası gələcək abidənin variantları barədə sosial şəbəkələrdə sorğu aparıb. Bu sorğudan məlum olub ki, şəhər sakinləri ümumiyyətlə abidənin qoyulması əleyhinədirlər.
Mahaçqalada Heydər Əliyevə abidə qoyulacağı barədə şayiələr hələ bu ilin yazından dolaşırdı. Meriyanın iyulun 13-də keçirdiyi rəy sorğusu bu şayiələrin həqiqət olduğunu göstərib.
Bu arada Çernovik saytı özünün internet səhifəsində səsvermə keçirib.
17 iyula olan məlumata görə səsvermədə 14 mindən çox iştirak edən olub. Onlardan 80 faizi abidənin əleyhinə, 6 faizi isə leyhinə səs verib.