Avq 30, 2023 16:26 Asia/Baku
  • Azərbaycanlı olduğu zənn edilən fotoqraf döyülüb

Ötən gecə Ağdam-Əsgəran yolunda bir qrup Rusiya sülhməramlısı ilə Azərbaycandan gələn humanitar yükü buraxmamaq üçün yolu bağlayan ermənilər arasında insident baş verib.

Sülhməramlıların avtomobilini saxlayan ermənilər onlardan sənəd tələb ediblər. Bu zaman onlar maşında olan bir nəfərin geyimini dəyişdirmiş azərbaycanlı olduğundan şübhələniblər.

Ermənilər uzun müddət sənədləri göstərməyi tələb ediblər və onlardan birini maşından endirib döyməyə çalışıblar. Nəhayət sülhməramlılar əks istiqamətdə getməyə məcbur olub.

Sonradan məlum olub ki, azərbaycanlı olduğu zənn edilən hərbiçi Rusiya sülhməramlılarının Konstantinov soyadlı fotoqrafıdır. 

Bu elə bir zamanda baş verib ki, Azərbaycan Respublikası Qarabağdakı ermənilərə Ağdam-Xankəndi yolu vasitəsi ilə humanitar yardım göndərmək istəyir. Sosial şəbəkələrdə separatçılar bu yük maşınlarına qarşı hədələr səsləndirirlər. Yuk maşınları isə Rusiya Sülhməramlılarının icazəsini gösləyirlər.

Teqlər