Hindistan Ermənistana 1 milyardlıq silah satacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i403087-hindistan_ermənistana_1_milyardlıq_silah_satacaq
Ermənistan Hindistandan 1 milyard dollar dəyərində silah-sursat və hərbi texnika almağa hazırlaşır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2023 11:55 Asia/Baku
  • Hindistan Ermənistana 1 milyardlıq silah satacaq

Ermənistan Hindistandan 1 milyard dollar dəyərində silah-sursat və hərbi texnika almağa hazırlaşır.

Bununla bağlı Teleqram kanallarında məlumat yayılıb.

Alınacaq silah-sursat və hərbi texnikanın siyahısı ilə əlaqədar hələlik heç bir məlumat yoxdur.

Bundan əvvəl Hindistan Ermənistana haubitsalar da daxil olmaqla, hərbi texnikalar göndərib.

Avqustun 30-da Ermənistanın müdafiə naziri Suren Papikyan bu ölkədə səfərdə olan Hindistan Milli Müdafiə Kollecinin nümayəndə heyətini qəbul edib.

Görüşdə erməni nazir orduda başlanmış islahatları və müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlığının tərəqqisi və perspektivlərini təqdim edib.