ABŞ hökuməti Laçın və Ağdam yollarının eyni vaxtda açılmasına çağırıb
https://azeri.sahartv.ir/news/qafqaz-i403469-abŞ_hökuməti_laçın_və_ağdam_yollarının_eyni_vaxtda_açılmasına_çağırıb
Blinken: Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi qorunmalıdır
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2023 16:59 Asia/Baku
  • ABŞ hökuməti Laçın və Ağdam yollarının eyni vaxtda açılmasına çağırıb

Blinken: Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi qorunmalıdır

ABŞ dövlət katibi Entoni Blinken Dağlıq Qarabağla bağlı bəyanatla çıxış edərək, liderləri gərginliyi artıran hər hansı addımı atmaqdan çəkinməyə çağırıb.

Blinken deyib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağda sürətlə pisləşən humanitar vəziyyətdən “dərin narahatdır” və hesab edir ki, mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir.

“Biz qeyd edirik ki, humanitar yardımlar Laçın və Ağdam marşrutlarının yaxınlığında yerləşir və biz Dağlıq Qarabağdakı kişilərə, qadınlara və uşaqlara son dərəcə ehtiyac duyulan humanitar ləvazimatların çatdırılmasını təmin etmək üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırışımızı təkrar edirik ", - deyə dövlət katibi qeyd edib.

ABŞ-ın dövlət katibi həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan arasında istənilən sülh sazişi Dağlıq Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini qorumalıdır.