İqor Korotçenko: Ermənistan Rusiyaya kürəyindən zərbə vurub
https://azeri.sahartv.ir/news/qafqaz-i403620-İqor_korotçenko_ermənistan_rusiyaya_kürəyindən_zərbə_vurub
Rusiyada tanınmış hərbi ekspert İqor Korotçenko Ermənistan hakimiyyətini xəyanətdə ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2023 09:26 Asia/Baku
  • İqor Korotçenko: Ermənistan Rusiyaya kürəyindən zərbə vurub

Rusiyada tanınmış hərbi ekspert İqor Korotçenko Ermənistan hakimiyyətini xəyanətdə ittiham edib.

O deyib: “Nikol Paşinyan administrasiyası hökumətyönlü erməni jurnalistlərə Rusiya Federasiyasını və Rusiya siyasi rəhbərliyini gözdən salmaq üçün genişmiqyaslı informasiya kampaniyasına başlamaq əmri verib.

İqor Korotçenko öz teleqram kanalında qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun “sağ əli” parlamentin spikeri Alen Simonyan tez-tez anti-Rusiya bəyanatları ilə çıxış edirlər.

Onun sözlərinə görə, rəsmi İrəvanın bütün bu iyrənc və rüsvayçı informasiya kampaniyasının Ermənistanda "Qartal Tərəfdaş 2023" adlı erməni-amerikan hərbi təlimləri və Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyasının fəal anti-Rusiya təxribat işi fonunda baş verməsi olduqca diqqətə layiqdir.