Sen 19, 2023 15:19 Asia/Baku
  • Hikmət Hacıyev: Qarabağda 10 mindən çox erməni silahlısı var

Azərbaycan Dağlıq Qarabağda 10 mindən çox erməni silahlısının olduğunu bildirir.

Bu barədə nazirliyin Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair keçirdiyi brifinqdə məlumat verilib.

Tədbirdə çıxış edən prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, bölgədə yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem var.

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərə baxmayaraq, Ermənistan və onun Azərbaycanın suveren ərazilərində qurduğu qondarma rejim normallaşma prosesinə xələl gətirməyə və gərginliyin azaldılmasına yönəlmiş bütün təklifləri rədd etməyə davam edir.

Tədbirdə həmçinin bildirilib ki, Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi qızışdırmaq üçün alət və vasitələri qoruyub saxlamaqdır. Sıravi sakinlər isə bu siyasi avantüranın girovu kimi saxlanılır. Bu faktı nəzərə alaraq Bakı İrəvandan silahlı qüvvələrinin şəxsi heyətinin dərhal çıxarılmasını tələb edir.