LAVROV ERMƏNİSTANA XƏBƏRDARLIQ ETDİ
Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü ABŞ-a güvənilməyin acı nəticələri barədə xəbərdarlıq edərək, Ermənistanın siaysi dairələrinə ABŞ-ın güvəndiyi ölkələrin taleyini xatırlamağı tövsiyə edib.
“Rusiyanı itirmək və yeni dostlar tapmaq istəyənlər çoxdur” deyən Rusiya Xairici İşlər Naziri Sergey Lavrov sözünə davam edərək bildirib ki, “Əgər onlar həqiqətən də ABŞ-a arxalanırlarsa, yaxşı olar ki, yaxın tarixə nəzər salıb, ABŞ-a arxalanaraq onun geosiyasi maraqları uğrunda mənafeyini qurban verənlərlə necə rəftar etdiyi məlumdur. Onların vəziyyəti çox, çox ağırdır.
O, istənilən halda Rusiyanın Cənubi Qafqazdakı maraqlarının diqqətdən kənarda qala bilməyəcəyini bildirərək vurğulayıb ki, tarixi, coğrafi və geosiyasi baxımdan Rusiyanın Cənubi Qafqazdakı maraqlarını nəzərdən keçirməmək mümkün deyil. Amma İrəvanın bəzi siayasi rəhbərlərinin belə bir ümidi var və onlar bunu açıq şəkildə ifadə edirlər.