Sen 29, 2023 22:00 Asia/Baku
  • Separatıların saxlanılması davam edir

Sentyabrın 28-də Azərbaycan hüquq-mühafizə orqanları "Laçın" sərhəd-buraxılış məntəqəsində Qarabağ "SQ"nin keçmiş komandirinin birinci müavini David Manukyanı saxlayıblar və Bakıya gətiriblər. Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, elə bu gün Bakının Səbail rayon Məhkəməsi David Manukyan barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçib.

Manukyana qarşı Azərbaycan mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə kimi ittihamlar irəli sürülüb. 

Ermənistan mənbələri isə Qarabağın "təhlükəsizlik şurasının" keçmiş sədri Arşavir Qaramyanın da "Laçın" nəzarət-buraxılış məntəqəsində saxlanıldığından xəbər veriblər. O, müxtəlif illərdə Qarabağın "təhlükəsizlik xidmətinin" rəhbəri vəzifəsini də tutub. Arşavir Qaramyanın 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının iştirakçılarından olduğu deyilir.

Ermənistan tərəfin məlumatına görə, o, digər qaçqınlarla bərabər Qarabağdan çıxmağa cəhd edərkən saxlanılıb.

Qarabağ separatçılarının keçmiş “müdafiə naziri”, "general-leytenant" Levon Mnatsakanyanın da Qarabağdan Ermənistana gedərkən "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanıldığı deyilir.

Azərbaycan mediyaları bu barədə erməni Teleqram kanallarına istinadla məlumat yayıblar.