Qarabağda qondarma rejim nümayəndələrinin həbsi davam edir
Separatçı “DQR”-in müdafiə naziri saxlanılıb
Sentyabrın 29-da separatçı “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Lyova Henrixi Mnatsakanyanın Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanıldığı bildirilir.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Mnatsakanyan 2015-2018-ci illərdə separatçıların “müdafiə naziri” vəzifəsində çalışıb.
O sentyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.
Ermənistan mediası iddia edir ki, Levon Mnatsakanyanla yanaşı, digər hərbçilər də saxlanılıb, amma onların adları dəqiqləşdirilməyib.
Bu arada Reuters xəbər agentliyi adının açıqlanmasını istəməyən "yüksək vəzifəli diplomata" istinadla məlumat yayıb ki, Azərbaycanın müxtəlif cinayətlərdə ittiham edərək saxlamaq istədiyi 200-ə yaxın Dağlıq Qarabağ ermənisinin siyahısı var.
Qeyd olunur ki, separatçıların liderlərinin ilk həbsləri artıq başlayıb və yaxın gələcəkdə davam edəcək.
Qeyri-rəsmi məlumatlara görə, separatçıların lideri Samvel Şahramanyan regionun keçmiş və hazırkı rəhbərlərinin Qarabağdan maneəsiz çıxışına icazə almaq üçün Bakı ilə danışıqlar aparır.
Bir müddət əvvəl Bakı ordunun və güc qurumlarının şəxsi heyətinin Qarabağdan çıxmasına razılıq verib