Ermənistan Parisə güvənir
Alen Simonyan: Fransa erməni xalqının və Ermənistanın əsl müttəfiqidir!
Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Fransa Parlamentinin sədri Yael Braun-Pive ilə görüşüb.
Görüş zamanı o, Azərbaycanın həyata keçirdiyi siyasətlə bağlı ən bədbin proqnozların özünü doğrultduğunu qeyd edib.
Ermənistan parlamentinin yaydığı məlumata görə, tərəflər Dağlıq Qarabağ ermənilərinin – onların ifadəsi ilə desək - depatriasiyasının yaratdığı problemləri müzakirə ediblər. Azərbaycana qarşı beynəlxalq sanksiyaların tətbiqinin zəruriliyi barədə fikir mübadiləsi aparılıb. Alen Simonyan Fransanın erməni xalqının və Ermənistanın əsl müttəfiqi olduğunu vurğulayaraq, Fransanın Ermənistanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinin davam etdiriləcəyinə inandığını bildirib.
Görüşün sonunda Ermənistan Parlamentinin sədri Fransanın xarici işlər naziri Ketrin Kolonnaya Syunikdə konsulluğun açılması ilə bağlı Fransa parlamentində verdiyi açıqlamaya görə təşəkkür edib.