Azərbaycan ordusunun həbçisi həlak olub
MN: Hərbçi snayperlə vurulub
Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan tərəfində bir hərbçinin həlak olduğu bildirilir
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin Vardenis rayonunun Kut yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Kəlbəcərin Aşağı Ayrım istiqamətində snayper silahından atəş açılıb. Nəticədə hərbçi Vüsal Orucov həyatını itirib.
Hadisədən dərhal sonra fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Ermənistan Müdafiə Nazirliyi deyilənləri təkzib edir.