BMT missiyası Qarabağa gəldi
https://azeri.sahartv.ir/news/qafqaz-i404079-bmt_missiyası_qarabağa_gəldi
BMT-nin missiyası Qarabağa gəlib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Okt 01, 2023 12:23 Asia/Baku
  • BMT missiyası Qarabağa gəldi

BMT-nin missiyası Qarabağa gəlib.

Missiyanın üzvləri səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Missiyanın tərkibinə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxildir.

Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.