Okt 02, 2023 12:57 Asia/Baku
  • Fransa Ermənistanın müdafiə ehtiyaclarını araşdırır

Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib ki, Fransa Ermənistanın müdafiə ehtiyaclarını araşdırır.

Lekornu Franceinfo portalına müsahibəsində deyib: “Fransa prezidenti Emmanuel Makron Ermənistanla bağlı vəziyyəti şəxsən izləyir və Ermənistanın müdafiəsinə, eləcə də ərazi bütövlüyünə dəstək verməkdə maraqlıdır”.

Onun sözlərinə görə, Ermənistan əhalisinin bütövlüyü, suverenliyi və müdafiəsi Fransa üçün mütləq məqsəddir. Bununla əlaqədar Ermənistan hərbçiləri və Ermənistan hakimiyyəti ilə gündəlik dialoq aparılır, xüsusilə ehtiyac yarandıqda onların ehtiyaclarını araşdırmaq imkanı verən müdafiə missiyası açılıb.

Mümkün hərbi müdaxilə ilə bağlı suala gəlincə, Lekornu bunun baş verə biləcəyinə inanmadığını, lakin bu suala cavab verməyin Makronun səlahiyyətində olduğunu qeyd edib. “İstənilən halda Ermənistanın özünü müdafiə edə bilməsi üçün ondan gələn tələblərə baxılacaqdır”, - deyə o əlavə edib.