İki separatçının saxlanıldığı deyilir
Okt 03, 2023 18:50 Asia/Baku
Ermənistan mətbuatı separatçı Artur Arutyunyanın "Laçın" NBM-də Azərbaycan sərhədçiləri tərəfindən saxlanıldığını bildirir. O, separatçı rejimin süqutundan bir neçə gün əvvəl "dövlət naziri" təyin edilmişdi.
Artur Arutyunyan separatçıların başçısı Araik Arutyunyanın əmisi oğludur.
Qondarma separatçı rejimin “Milli Təhlükəsizlik Xidməti”nin rəhbəri Ararat Melkumyanın da Laçın sərhəd-keçid məntəqəsində saxlanıldığı deyilir. Bu məlumat da Ermənistan KİV-i tərəfindən yayılıb.
Azərbaycanın rəsmi orqanları Artur Arutyunyan və Ararat Melkumyanın saxlanılması haqqında məlumatı təsdiq etməyib.