Okt 04, 2023 20:06 Asia/Baku
  • Amerikalı qanunvericilər ermənilərə xüsusi təəssübkeşlik nümayiş etdirirlər

ABŞ senatoru Azərbaycanın əleyhinə qanun layihəsi hazırlayıb

ABŞ senatoru Qari Piters ölkəsinin Azərbaycana təhlükəsizlik yardımı göstərməsini qadağan edən qanun layihəsi verib.

Senator bildirib ki, bu addımı Bakının Dağlıq Qarabağda etnik ermənilərə qarşı davam edən hücumlarına cavab olaraq atıb.

“Birləşmiş Ştatlar Azərbaycanın erməni xalqına qarşı zorakılığında şərik ola bilməz. Biz bu qanunu qəbul etməliyik ki, Azərbaycan regionda təcavüzünü dayandırana qədər Amerikanın Azərbaycana əlavə yardımını əngəlləsin”, – deyə ABŞ senatoru əlavə edib.

Piters həmçinin ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentlərini hərbi hücumlar və Dağlıq Qarabağın blokadasına görə bəzi Azərbaycan hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qanunvericiliyə də qoşulub.

 

 

Teqlər