Okt 05, 2023 17:42 Asia/Baku
  • Rusiya Əliyevə Qranada görüşündə iştirakına icazə vermədi

Qeyd edək ki, Azərbaycanın bəzi mətbuat orqanlarının və rəsmilərinin ağzına su alıb oturduğu bir vaxtda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Əliyevin Qranadaya getməməsi məsələsinə açıqlama verib.

O, oktyabrın 4-də keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın Ermənistan və Avropa İttifaqı nümayəndələri ilə planlaşdırılmış görüşdən imtina etməsi rəsmi Bakının suveren haqqıdır. Həmin görüşdə Azərbaycan, Ermənistan liderlərinin, Avropa İttifaqı Şurası, Fransa prezidentinin və Almaniya kanslerinin iştirakı nəzərdə tutulurdu.Siyasi şərhçi Ərəstun Oruclu düşünür ki, görüşdən imtina ilə bağlı mediada yayılmış səbəblər sadəcə bəhanədir: "Ona görə ki, bu səbəblərin hər ikisi - Fransanın destruktiv mövqeyi və Türkiyənin görüşdə iştirak etməməsi əvvəlcədən bəlli idi. Rusiya istəməyib ki, Azərbaycan Qranada görüşündə iştirak etsin. "Bu versiyanın xeyrinə bir neçə məqam var. Onlardan biri Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq məsələsini ratifikasiya etməsidir. Məlumdur ki, bu, Ermənistan tərəfindən birbaşa Putinə qarşı olan addımdır və görüşə bir gün qalmış bu addım atılıb. Rusiya bundan narazı qalıb və Azərbaycana mesaj verib ki, onun görüşdə iştirakını arzulamır", - Oruclu AzadlıqRadiosuna bildirib.

Teqlər