Okt 07, 2023 12:15 Asia/Baku
  • “Ermənistana təhlükəsizlik dəstəyi verin, Azərbaycana yardımı dayandırın”

Bir qrup ABŞ konqresmeni dövlət katibi Entoni Blinkenə və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauerə məktub göndəriblər.

Məktubda konqresmenlər ABŞ hökuməti Cənubi Qafqazda diplomatik iştirakını davam etdirməyə, Ermənistana təhlükəsizlik dəstəyini təmin etməyə, Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün konkret addımlar atmağa, Azərbaycana hərbi yardımı dayandırmağa və Qarabağı tərk etmiş erməni köçkünlərə humanitar yardımı davam etməyə çağırılıb.

Konqresmenlər Əliyevin oktyabrın 5-də Qranadada keçirilən toplantıya qatılmaqdan imtina etməsini onun etnik təmizləmə kampaniyasını dayandırmayacağına dair növbəti siqnal kimi qiymətləndiriblər.

Konqresmenlər vurğulayıblar ki, Birləşmiş Ştatlar Azərbaycanı durdurmaq üçün ən güclü, konkret addımları atmalı, o cümlədən Əliyevə və digər Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməli, ABŞ-ın Azərbaycana hərbi yardımını dayandırmalı, Ermənistana güclü təhlükəsizlik dəstəyi verməli və hər hansı işğalın qarşısını almaq üçün Ermənistanda beynəlxalq müşahidə və sülhməramlı qüvvələr yaratmalıdır.

ABŞ konqresmenləri həmçinin istənilən yekun sülh nizamlanmasında Ermənistanın ərazi bütövlüyünün qorunmasını, 1975-1976-cı illərin xüsusi Sovet hərbi xəritələri əsasında suveren ərazinin müəyyənləşdirilməsini tələb ediblər.

Konqresmenlər sonda separatçı rejim rəsmilərinin və digər əsirlərin azad edilməsinin vacibliyini qeyd ediblər.