Okt 12, 2023 16:18 Asia/Baku
  • Region məsələləri

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşündə regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğulayıb və bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın da ölkəsinin "3+3" formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazır olduğunu bildirməsi, Cənubi Qafqazda sülh,təhlükəsizlik və sürətli inkişafa sarsılmaz qaranti verəcək prossesi müjdələyir.

Politoloq Elşən Manafov Sputnik Azərbaycana verdiyi müsahibədə Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikasına şosse və dəmiryolu ilə qovuşdurulması əməliyyatına toxunub və bunu əcnəbilərin regiona müdaxiləsinə qarşı bir addım adlandırıb.

Artıq region ölkələrinin kommunikasiyaların İran ərazisindən keçməsi ilə razılaşdıqlaırnı xatırladan Manafov deyib:

" 3+3” formatı regiona aid olmayan digər güclərin regionun daxili işlərinə müdaxiləsinin qarşısının alınmasına ünvanlanmış bir siyasətdir".

Politoloqun sözlərinə görə, bu siyasət region dövlətlərinin birgə səyləri ilə regionda dayanıqlı sülhün və sabitliyin təmin olunmasına öz töhfəsini verə bilər.

Regionda baş verən hadisələrdə beynəlxalq güclərin xüsusən də ABŞ-ın maraqları olduğunu deyən politoloq həmin dövlətlərin regionda nəqliyyat dəhlizlərinin fəaliyyətində də yerli xalqların deyil, öz müstəmləkəçi mənafelərini düşündüklərini xatırladır.

“ Böyük 20-lərin son sammiti zamanı Hindistandan başlamaqla Yaxın və Orta Şərqi əhatə edən dəhlizlə başğlı razılıq əldə olundu. Bu da ABŞ-ın layihəsidir. Bu layihə Rusiya, İran və Türkiyənin bölgə ilə maraqları ilə üst-üstə düşmür. Ən əsası həmin layihə Çinin "Bir kəmər, bir yol" layihəsinin reallaşmasının qarşısını almağa hesablanıb".

"3+3" formatında əməkdaşlığın tərəfdarı olan region dövlətləri də bütün məsələlərdə ona görə əməkdaşlıq etməyi vacib bilirlər ki, bu əməkdaşlıq regiona fövqəl güclərin müdaxiləsinə mane olsunlar. Türkiyə prezidenti də bildirdi ki, Yaxın Şərq ABŞ siyasəti nəticəsində qan gölünə çevrilib. Ərdoğan ABŞ-ın terrora dəstək verdiyini açıqca ifadə etdi. ABŞ-ın təyyarədaşıyan gəmisinin Aralıq dənizi sularına yaxınlaşması İsrail-Fələstin arasındakı münaqişənin daha da alovlanmasına gətirib çıxaracaq. ABŞ-ın yeni dünya nizamı ilə bağlı təşəbbüsləri "3+3" formatında əməkdaşlığın əleyhinədir. Bu formata dəstək verən ölkələr isə ABŞ-ın yeni dünya nizamına qarşı çıxan ölkələrdir", - deyə politoloq fikirlərini yekunlaşdırıb.