Okt 12, 2023 17:29 Asia/Baku
  • Putin: “Fələstin xalqının bu vəziyyətinə göz yummaq olmaz”

Rusiya prezidenti bildirib ki, Fələstin məsələsi hər bir müsəlmanın qəlbindədir və fələstinlilərin müsibətinə göz yummaq olmaz.

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü İraqın baş naziri ilə söhbətindən bir gün sonra “Rusiya Enerji Həftəsi” forumunda çıxış edərkən bildirib ki, Fələstin xalqının ağır vəziyyətinə göz yummaq olmaz. O, daha sonra deyib ki, Qərbi Asiyada və dünyanın bir çox yerlərində yaşayan müsəlmanlar fələstinlilərin illərdir əziyyət çəkdiklərini çirkin ədalətsizlik hesab edir və bu təsəvvür edilməz bir həddə çatıb”

 “Raşa Today”-in məlumatına görə, o, “İsrail kimi Fələstin dövlətinin də 1948-ci ildə qurulmalı olduğunu, lakin bu, heç vaxt baş vermədiyini” bildirib. Putin daha sonra əlavə edib ki, Fələstin məsələsi bütün müsəlmanın qəlbidir”

Çıxışına davam edən Putin fələstinlilərlə sionistlər arasında gərginliyin artmasının səbəbini İsrailin “köçürülmə siyasəti” ilə əlaqələndirmiş və onun sözlərinə görə, İordan çayının qərb sahilindəki torpaqların fələstinlilərdən qəsb edilərək mühacirlərə verilməsinə buna başlıca amil olmuşdur.

Putin həmçinin bildirib ki, Vaşinqton Sionist rejim-Fələstin münaqişəsinin həlli üçün hər hansı real mexanizm tətbiq etməyə laqeyd yanaşaraq, bunun əvəzinə bəzi maliyyə və humanitar yardımlarla fələstinlilərin yalnız maddi ehtiyaclarını qarşılamağa üstünlük verdiyi üçün bu hadisələrin baş verməsində əsas rol oynayıb.

O, daha sonra vurğulayıb ki, “Biz həmişə demişik ki, bəzi fundamental məsələlər həll olunmayana qədər heç nə dəyişməyəcək”. Rusiya prezidenti çıxışında qadın və uşaqların təhlükəsizliyini təmin edilməsini istəmiş və hücumlarda mülki şəxslərin hədəfə alınmamasını tələb etmişdir.

Xatırladaq ki, Moskva sionistlərdən və fələstinlilərdən münaqişələrə son qoymağı və atəşkəs bağlanılmasını istəyib. Rusiya rəsmilərinin bildirdiyinə görə, işğal olunmuş Fələstində 4 Rusiya vətəndaşı həlak olmuş, 6 nəfər isə itkin düşmüşdür.