Ermənistanda Roma Statutu qüvvəyə minib
https://azeri.sahartv.ir/news/qafqaz-i404435-ermənistanda_roma_statutu_qüvvəyə_minib
Ermənistan prezidenti Vaaqn Xaçatryan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiqləyib. Bu barədə dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 14, 2023 12:42 Asia/Baku
  • Ermənistanda Roma Statutu qüvvəyə minib

Ermənistan prezidenti Vaaqn Xaçatryan Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu təsdiqləyib. Bu barədə dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.

Beləliklə də  Roma statutu Ermənistanda qüvvəyə minib.

Xatırladaq ki, oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu ratifikasiya edib. Rəsmi Moskva bu addımı düşmənlik əlaməti kimi qiymətləndirib.Ona görə ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin haqqında 17 martda həbs qərarı çıxarıb. Bunun nəticəsi olaraq Rusiya prezidenti Roma Statutunu ratifikasiya edən ölkələrə səfər etməyə bilər. Bu da Vladimir Putinin proqramına daxil edilən İrəvan səfərinin taleyini naməlum edir.