Okt 15, 2023 15:46 Asia/Baku
  • Erməni tarixçi HƏMAS-ın Azərbaycanı dəstəkləməsindən şikayətlənib

Ermənistanda “HƏMAS yoxsa İsrail?” barədə qızğın müzakirə gedir. Bununla əlaqədar bir erməni tarixçi HƏMAS-ın İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Respublikasını dəstəkləməsindən şikayətlənib.

Sergey Melkonyan mövqeyini belə izah edib ki, Ermənistan bu müharibədə heç kimi dəstəkləməli deyil. Çünki İsrail Azərbaycana əsas silah tədarükçüsüdür. HƏMAS isə 10 noyabr 2020-ci ildə Azərbaycanın xeyrinə belə bir açıqlama vermişdi: “Biz Azərbaycanı qələbə və torpaqlarının geri qaytarılması münasibətilə təbrik edirik. Bu, işğalın bütün formalarına qarşı mübarizənin təbii nəticəsidir”. Beləliklə də HƏMAS Ermənistanla həmrəylik ifadə etmədi. Bütün bunları nəzərə alaraq, onlara rəğbət bəsləməyə dəyməz.

Qeyd edək ki, rəsmi İrəvan sionist rejimin Azərbaycan Respublikasına silah tədarükündən narahat olsa da, yəhudi lobbi təşkilatlarının, eləcə də İsrailə hərtərəfli dəstək verən Qərb dövlətlərinin rəyini nəzərə alaraq fələstinlilərə münasibətdə ədalətli mövqe sərgiləməkdən çəkinir və qəsbkar İsrail rejiminin cinayətlərini pisləmir.

 

Teqlər