Ermənistan hökuməti Moskva ilə məsafə saxlayır
Paşinyan: Rusiyanın Ermənistandakı hərbi bazalarını saxlamaq mənasızdır
Ermənistanın baş naziri bir daha Rusiyadan məsafə saxlamaq və əksinə Qərbə yaxınlaşmaq niyyətini ortaya qoyub.
Niklol Paşinyan The Wall Street Journal qəzetinə müsahibəsində deyib: “Baş verən hadisələr bizi təhlükəsizlik əlaqələrimizi şaxələndirmək qərarına gətirdi və biz indi buna çalışırıq. Bununla əlaqədar Ermənistan yeni tərəfdaşlar axtarır, çünki Moskva, xüsusən də son bir ayda müttəfiq kimi öhdəliklərini yerinə yetirmir”. Ermənistanın baş naziri əlavə edib ki, bu baxımdan Ermənistanda Rusiya hərbi bazalarının mövcudluğunu saxlamaqda heç bir üstünlük görmür.
Paşinyan vurğulayıb ki, Ermənistanın axtardığı təhlükəsizlik əlaqələrinin şaxələndirilməsi sadəcə olaraq Qərbin hərbi bazaları və silahları tələbi kimi deyil, davamlı regional sülh istəyi kimi başa düşülməlidir.