Ararat Mirzoyan: “3+3” region ölkələri ilə ünsiyyət üçün əlverişli platformadır
https://azeri.sahartv.ir/news/qafqaz-i404823-ararat_mirzoyan_3_3_region_ölkələri_ilə_ünsiyyət_üçün_əlverişli_platformadır
Ermənistanın xarici işlər naziri bildirib ki, “3+3” formatı region ölkələri ilə ünsiyyət qurmaq və ümumi maraq doğuran mövzuları müzakirə etmək üçün əlverişli platformadır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2023 09:53 Asia/Baku
  • Ararat Mirzoyan: “3+3” region ölkələri ilə ünsiyyət üçün əlverişli platformadır

Ermənistanın xarici işlər naziri bildirib ki, “3+3” formatı region ölkələri ilə ünsiyyət qurmaq və ümumi maraq doğuran mövzuları müzakirə etmək üçün əlverişli platformadır.

Ararat Mirzoyan oktyabrın 23-də Tehranda “3+3” formatında keçirilən görüşün yekunlarına dair Milli Assambleyada hökumət üzvləri ilə sual-cavab iclasında deyib: “Bu, region ölkələri ilə ünsiyyət qurmaq, ümumi maraq doğuran mövzuları müzakirə etmək üçün əlverişli platformadır.

İnfrastrukturların blokdan çıxarılmasına gəlincə, Mirzoyan vurğulayıb ki, Ermənistan ərazisindən keçən regional və beynəlxalq kommunikasiya xəttlərinin bərpası regionda sülhün əldə olunmasına öz töhfəsini verəcək. Lakin hər şey beynəlxalq hüquq normalarına uyğun olmalıdır.