Paşinyan nikbin açıqlama verdi
“Bakı ilə sülh sazişi və Ankara ilə münasibətlərin normallaşdırılması gündəmdədir”
Okt 31, 2023 12:44 Asia/Baku
Ermənistanın baş naziri Azərbaycan Respublikası ilə sülh müqaviləsinin imzalanmasını və Türkiyə ilə münasibətlərin normallaşdırılmasını hökumətinin planlarında olduğunu bildirib.
Nikol Paşinyan 2024-cü ilin büdcəsini dinləmə komitəsinin iclasında deyib: “Ermənistan hökuməti Azərbaycan Respublikası ilə sülh müqaviləsi imzalamaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətindədir”.
Onun sözlərinə görə, Ermənistanın təhlükəsizliyini təmin edən yeganə vasitə onun ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində təsbit edilməsidir.
Paşinyan eyni zamanda vurğulayıb ki, Gürcüstan və İranla əməkdaşlığın daha da dərinləşdirilməsi vacibdir.